Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

Hazırda oxunan: Canlı yayımda gözlənilməz an - Qadın müxbiri öpdü - VİDEO

618875

2026-cı il FIFA Dünya Kubokunu işıqlandırmaq üçün Meksikada çalışan Cənubi Koreyalı jurnalist canlı yayım zamanı gözlənilməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, turnirlə bağlı reportaj hazırlayan müxbir canlı efirdə danışarkən, bir qadın qəfil kameranın qarşısına yaxınlaşıb.

Daha sonra qadın jurnalisti öpərək hər kəsi təəccübləndirib.

Gözlənilməz vəziyyət qarşısında çaşqınlıq yaşayan müxbir peşəkarlığını qoruyaraq yayımı davam etdirməyə çalışıb. Həmin anlar canlı yayım kamerası tərəfindən qeydə alınıb və qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
 

Dünya Kubokunun coşğulu atmosferində yaşanan hadisə futbol azarkeşləri arasında da maraqla qarşılanıb. Görüntülər turnirin ilk günlərində matçlardan kənar ən çox müzakirə olunan məqamlardan birinə çevrilib.


Sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirərkən, görüntülər minlərlə dəfə paylaşılıb və izlənilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin