Türkiyədə zəlzələ oldu

Hazırda oxunan: Türkiyədə zəlzələ oldu

619011

Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, yeraltı təkanların gücü 4,6 bal olub. Zəlzələnin episentri Nurdağı rayonunda qeydə alınıb.

Rəsmi məlumatlarda bildirilir ki, zəlzələ ocağı yerin təxminən 7 kilometr dərinliyində yerləşib.

Yeraltı təkanlar ətraf ərazilərdə də hiss olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən monitorinq aparılır. İlkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin