2025-ci ildə Azərbaycan Mərkəz Bankı (AMB) bazar iştirakçılarını 644 min manat cərmələyib.
Bizim.Media bu barədə qurumun illik idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, il ərzində 3 bank, 9 bank olmayan kredit təşkilatı, 4 ödəniş və 3 elektron pul təşkilatı, 1 valyuta mübadiləsi məntəqəsi, 1 investisiya şirkəti və "Azərpoçt" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsi əsasında cərimə tətbiq edilib. Bu tədbirlər maliyyə sektorunda hüquqi tələblərə əməl olunmasının təmin edilməsi və gələcəkdə analoji pozuntuların qarşısının alınması baxımından önəm daşıyır.
Bundan başqa, hesabat ilində AMB nəzarət funksiyalarının icrası çərçivəsində maliyyə institutlarında ƏL/TMM Qanununun tələblərinə əməl olunmasına dair yoxlamalar aparıb.
Bu yoxlamalar maliyyə sistemində şəffaflığın təmin olunması, qanunvericiliyə uyğunluğun nəzarətdə saxlanılması və cinayətkarlıq risklərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. (report.az)
Bizim.Media

































































































