Qarabağa köçmüş sakinlərin məhsulları yarmarkaya çıxarıldı – FOTO/VİDEO

Hazırda oxunan: Qarabağa köçmüş sakinlərin məhsulları yarmarkaya çıxarıldı – FOTO/VİDEO

618840

Bu gün Zəngilanda kənd təsərrüfatının inkişafına dair dövlət proqramının icrası çərçivəsində keçirilən regional tədbir çərçivəsində xüsusi yarmarka da təşkil olunub. Qarabağa köç etmiş kənd sakinləri tərəfindən yetişdirilən ekoloji təmiz kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, yarmarkada yerli istehsalçılar öz bağ və təsərrüfatlarında yetişdirdikləri təbii məhsulları – meyvə-tərəvəz, süd və süd məhsulları, bal və digər ərzaq məhsullarını təqdim ediblər.

Eyni zamanda, artıq brendləşmiş yerli qida və qeyri-qida məhsulları da sərgilənərək satışa çıxarılıb.
 

Tədbirin əsas məqsədi Qarabağa köç etmiş sakinlərin iqtisadi fəallığının artırılması, onların istehsal etdikləri məhsulların bazara çıxışının genişləndirilməsi və yerli kənd təsərrüfatı məhsullarının tanıdılmasıdır.


Yarmarka həm də istehsalçılar üçün yeni satış imkanlarının yaradılması, kiçik ailə təsərrüfatlarının dəstəklənməsi və bölgədə kənd təsərrüfatı ənənələrinin inkişafına töhfə vermək baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin