Türkiyə Ermənistanla sərhədi açdı

Hazırda oxunan: Türkiyə Ermənistanla sərhədi açdı

619030

Ermənistanın Livan üçün ayırdığı humanitar yardımı daşıyan 4 yük maşını Türkiyə sərhədini keçib.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, yük maşınları iyunun 12-də Marqara keçid məntəqəsini keçərək Türkiyə ərazisi vasitəsilə Livana yola düşüb.

Sərhədlərin müvəqqəti açılması Ermənistan Baş nazirinin Aparatı və Xarici İşlər Nazirliyi Türkiyə tərəfi ilə aparılan danışıqlar nəticəsində gəlinən razılığa əsasən baş tutub.

Ümumilikdə 80 ton olan humanitar yükə 38 ton dərman və gigiyena vasitələri, eləcə də 42 ton qida məhsulları (konservlər və tez xarab olan ərzaqlar) daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin