Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Hazırda oxunan: Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

619023

Türkiyənin Balıkəsir vilayətinin Gönen rayonunda 5 ildir davam edən boşanma məhkəməsi başa çatıb. Məhkəmənin boşanma qərarı verməsindən sonra 39 yaşlı Çisem Arkun davul-zurna sədaları altında bu hadisəni qeyd edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14 illik evliliyin rəsmən sona çatması ilə yeni həyatına qədəm qoyan Arkun qərardan sonra təşkil etdiyi tədbirdə ətrafdakı insanlara şirniyyat paylayıb.

Davul-zurna müşayiəti ilə rəqs edən qadın uzun sürən hüquqi prosesin başa çatmasından məmnun olduğunu bildirib.
 

Cütlüyün boşanmasının rəsmiləşməsindən sonra keçirilən tədbir rayon mərkəzində rəngarəng görüntülərlə yadda qalıb. Sakinlərin də maraqla izlədiyi tədbirdə Arkun yeni həyatının başlanğıcını qeyd etdiyini vurğulayıb.


Qeyri-adi şəkildə keçirilən boşanma şənliyi ətraf sakinlərin də diqqətini cəlb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin