Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

Hazırda oxunan: Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

619036

Elm və təhsil naziri Emin Əmrullayev məzunları təbrik edib.

O, müəllim və valideynlərə də təşəkkür edib.

Bizim.Media nazirin təbrikini təqdim edir:

“Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin