AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

Hazırda oxunan: AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

619026

AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.

Qeyd edək ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub.
 

Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bir çox hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir.


AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin