Gələcəkdə qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hazırda bu istiqamətdə maliyyələşmə Dövlət Proqramı çərçivəsində həyata keçirilir:
"Lakin gələcəkdə qan xidmətinin daha sivil formada təşkili, daha geniş maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi istiqamətində işlər görülür.
Avropa ölkələrində, ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, bu sahənin maliyyələşdirilməsinin icbari tibbi sığorta hesabına həyata keçirilməsi nəzərdə tutulan perspektiv istiqamətlərdən biridir.
Hazırda tibbi xidmətlər, məsələn, hər hansı əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır. Həmin əməliyyatın tərkib hissələrindən biri də qan və qan komponentləridir. Gələcəkdə bu komponentlərin də icbari tibbi sığorta vəsaiti hesabına ödənilməsi planlaşdırılır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:38 / 13.06.2026
Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
Hazırda oxunan: Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
Hazırda oxunan: Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
619038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































