Ağdamda çayı keçməyə çalışan avtomobil seldə batdı - FOTO

Hazırda oxunan: Ağdamda çayı keçməyə çalışan avtomobil seldə batdı - FOTO

618961

Ağdam rayonundan keçən Xaçınçay çayında sel hadisəsi baş verib.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, son günlər yağan aramsız yağışlar nəticəsində çayda suyun səviyyəsi yüksəlib. Çayı keçməyə çalışan "Hyundai" markalı avtomobil selə düşərək batıb.

Bildirilib ki, sel çay yatağında yerləşən çınqıl yatağına da ziyan vurub.

Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.

Hazırda avtomobilin çaydan çıxarılması istiqamətində işlər aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin