Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Hazırda oxunan: Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

619040

Bu gün ölkəmizdə keçirilən “Son zəng” mərasimi bölgələrdə də mütəşəkkil şəkildə baş tutub.

Onbirinciləri duyğulandıran bu xoş tədbir Xaçmaz rayonunun Palıdlı kənd tam orta məktəbində də həzin və kövrək notlarla keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Palıdlı kənd tam orta məktəbinin direktoru Səhman Əliyev bu ilki məzunları təbrik edərək onlara müstəqil həyata gedən yolda uğurlar arzulayıb.

Mərasim zamanı duyğusal anlar yaşanıb. Məktəb illərinin romantikasını əks etdirən mahnıların sədaları altında şagirdlər rəqs edib, şənləniblər.
 

Məktəbdə Palıdlı MMC-nin dəstəyi ilə fəaliyyət göstərən rəqs dərnəyinin üzvləri Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən səhnə ifası təqdim edib, eləcə də milli rəqslər ifa olunub.


Mərasimdə Birinci Qarabağ şəhidi Adil Niftəliyevin bacısı Qızılgül Niftəliyeva da iştirak edib. O məzunlara uğurlar arzulayıb.

Qeyd edək ki, bu tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları üzrə 155 tam orta məktəbdən 5935 məzun məzun olur.

Hər birinə uğurlar arzulayırıq.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin