Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR
Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Liderin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub. Tədbirdə Ulu Öndərin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkə...