Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

Hazırda oxunan: Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

611867

Yollarda piyadaların təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Xüsusilə işıqfor olmayan piyada keçidlərində həm sürücülər, həm də piyadalar daha diqqətli olmalıdır.

Belə keçidlərdə qaydalara düzgün əməl edilməsi mümkün qəzaların qarşısını almaqda mühüm rol oynayır. Bir çox yol-nəqliyyat hadisələri məhz diqqətsizlik və tələskənlik səbəbindən baş verir.

İşıqfor olmayan piyada keçidlərində nələrə diqqət etmək lazımdır?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev “demokrat.az”a bildirib ki, nizamlanmayan piyada keçidlərində, yəni işıqforla tənzimlənməyən keçidlərdə üstünlük piyadaya məxsusdur:
 

"Belə hallarda piyada keçidinə yaxınlaşan sürücü nəqliyyat vasitəsini yavaşlatmalı və piyadaya yol verməlidir. Lakin bu, piyadanın tam diqqətsiz şəkildə yola çıxması anlamına gəlmir. Piyada yolu keçməzdən əvvəl sürücünün onu görüb-görmədiyinə əmin olmalı, mümkün olduqda göz təması qurmalıdır".


Ekspert vurğulayıb ki, yolu keçərkən qaçmaq və ya qəfil hərəkətlər etmək sürücü üçün gözlənilməz vəziyyət yaradır. Ən doğru metod normal sürətlə, hər iki tərəfi nəzarətdə saxlayaraq hərəkət etməkdir.

Xüsusilə çoxzolaqlı yollarda təhlükəsizlik adacıqlarının rolu əvəzsizdir. Bu sahələr piyadaya hərəkəti hissələrə ayırmağa və nəqliyyat axınını daha rahat izləməyə imkan verir.

"Yolun qəfil qaçaraq və ya həddindən artıq ləng hərəkətlə keçilməsi təhlükə yarada bilər. Ən düzgün davranış yolu normal tempdə və diqqətli şəkildə qarşı tərəfə keçməkdir.
Bundan əlavə, geniş və çoxzolaqlı yollarda təhlükəsizlik adacıqlarının olması vacibdir.
 

Piyada belə adacıqlarda dayanaraq ətrafı yenidən qiymətləndirə, nəqliyyat axınına diqqət yetirə və daha təhlükəsiz şəkildə yoluna davam edə bilər. Bu qaydalara həm sürücülərin, həm də piyadaların əməl etməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır",- deyə o qeyd edib.


Yəni, nizamlanmayan keçidlərdə piyadanın üstünlüyü olsa da, yolu keçməzdən əvvəl avtomobillərin dayandığına tam əmin olmaq və təhlükəsizlik adacıqlarından istifadə etmək əsas şərtdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin