Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) təhdid edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə söhbətinin yekunlarına dair "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bəyan edib ki, əgər Avropa İttifaqı iyulun 4-nə qədər ABŞ məhsullarına tətbiq edilən gömrük rüsumlarını sıfırlamazsa, o, dərhal Avropa mallarına tətbiq olunan rüsumları artırmaq məcburiyyətində qalacaq.
"Aİ-nin sazişin öz üzərinə düşən hissəsini yerinə yetirəcəyi və tariflərini sıfırlayacağı barədə vəd verilmişdi. Mən ona (Ursula fon der Lyayenə-red.) ölkəmizin 250 illik yubileyini qeyd edəcəyi vaxta qədər (4 iyul.red) vaxt verməyə razılaşdım, əks halda tariflər, təəssüf ki, daha yüksək səviyyələrə qalxacaq", — deyə Tramp yazıb.
Bizim.Media







































































































