Bu il yol qəzalarında həyatını itirənlərin SAYI AÇIQLANDI
Bakıda "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində ictimai müzakirə davam edir.
Bizim.Media xəbər verir ki, müzakirədə çıxışı zamanı "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı yol-nəqliyyat hadisələri ilə bağlı statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb.
O bildirib ki, bu ilin ilk beş ayı ərzində ölkədə 437 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 242 nəfər həyatını itirib, 300-dən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Elməddin Muradlı dəmir yolu keçidlərində baş verən hadisələrə də toxunaraq bildirib...