İranla sərhəddə ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi – FOTO

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT: PUA zərərsizləşdirildi – FOTO

621311

İrandan Azərbaycana 41 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 478 qram narkotik vasitə marixuana, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 24 kiloqram 90 qram narkotik vasitə marixuana aşkarlanıb.


"Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozaraq narkotik vasitə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı 10 kiloqram 600 qram narkotik vasitə (10 kiloqram 550 qram marixuana və 50 qram tiryək) aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin