Rusiyalı tanınmış aktyor və ictimai xadim İvan Oxlobıstin Ukrayna dronlarının son vaxtlar Rusiya paytaxtının infrastrukturuna endirdiyi zərbələrə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, Moskvanın bu cür hücumlardan qorxmadığını iddia edib.
Oxlobıstin paytaxt sakinlərinə müraciət edərək ruhdan düşməməyə çağırıb:
"Bəli, bizi amansızcasına bombalayırlar, paytaxtın infrastrukturunu darmadağın edirlər, amma kədərlənməyək, həmyerlilər. Biz buna yad deyilik, Moskva ilə bu cür hadisələr əvvəllər də dəfələrlə baş verib. Moskva bundan qorxmur, çünki Moskva — evlər, küçələr, teatrlar, sərgilər, restoranlar demək deyil", — deyə aktyor qeyd edib.
O, şəhərin dağıdılmasının qeyri-mümkün olduğunu fəlsəfi yanaşma ilə izah etməyə çalışıb:
"Moskva — bir prinsipdir. Prinsipi isə dağıtmaq və ya yandırmaq olmaz, ondan yalnız imtina etmək olar. Bizim isə geri çəkilməyə yerimiz yoxdur, arxamızda Moskvadır, qapalı bir dövrədir".
Bizim.Media

- A-
- A
- A+
Region
17:53 / 24.06.2026
Rusiyalı aktyor Moskvanın bombalanması HAQDA: “Geri çəkilməyə yerimiz yoxdur” - VİDEO
Hazırda oxunan: Rusiyalı aktyor Moskvanın bombalanması HAQDA: “Geri çəkilməyə yerimiz yoxdur” - VİDEO
Hazırda oxunan: Rusiyalı aktyor Moskvanın bombalanması HAQDA: “Geri çəkilməyə yerimiz yoxdur” - VİDEO
621320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































