Nazəninin əri də Təranəni uddu - Təzminat

Hazırda oxunan: Nazəninin əri də Təranəni uddu - Təzminat

106696
Müğənni Nazənin əri Məhəbbət Həsənov Təranə Qumrala qarşı verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”x9dnun verdiyi xəbərə görə, Nərimanov rayon məhkəsinin hakimi Fuad Abdıyevin qərarı ilə Təranə Qumral cərmə olunub. M.Həsənovun vəkili Adəm Məmmədov bildirib ki, T.Qumralın müdafiə etdiyi Məhəbbət Həsənovu təhqir etməsi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Təranə Qumral üzr istəməli, təkzib verməli və 5 min manat təzminat ödəməlidir.

Vəkil bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz “İnstagram”x9d hesabını silibmış: “Lakin məhkəmədə sübut olundu ki, həmin profil Təranə Qumrala aid olub. Həmin xəbəri yazan jurnalist məhkəmədə şahid kimi dindirilildi. Jurnalist bildirdi ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o həmin “İnstagram”x9d hesabının özünə məxsus olduğunu təsdiqləyib”x9d.

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı: “Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”x9d.

Qeyd edək ki, bundan əvvəl Xətai Rayon Məhkəməsi Nazəninin Təranə Qumrala qarşı iddiasını təmin etmişdi. Məhkəmə qərarına görə, T. Qumral 10 min manat təzminat ödəməli və Nazənindən üzr istəməli idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin