İki gün öncə Bakı - Tiflis - Ərzurum qaz kəmərində partlayış baş verib. Son zamanlar regionda baş verən gərgin hadisələrin fonunda bu cür terror hücumları hansı dövlət üçün təhdid mesajı hesab oluna bilər?
Moderator.az - a açıqlama verən politoloq Zərdüşt Əlizadə partlayışın 3 - cü qüvvə tərəfindən törədilməsi ehtimalının da mümkünlüyünü bildirdi:
“Bu hadisənin kim tərəfindən törədilməsi hələ ki, məlum deyil. Ola bilər ki, burada 3 - cü qüvvənin əli olsun. Bu gün PKK ilə Türkiyə arasında gərgin anlar yaşanır, İsrail də tərəflər arasında olan gərginliyi artırmaq üçün belə bir addım ata bilər. Yəni burada PKK ehtimalı tək variant deyil.”x9d
Politoloq həmçinin onu da qeyd etdi ki, PKK terror təşkilatının Azərbaycan üçün yarada biləcəyi heç bir təhlükə yoxdur, çünki onlar Azərrbaycanda təşkilatlana bilməyiblər.
Xəyal Əzizov




































































































