“Necə olur ki, Saakyana Şengen vizası verirlər?”x9d

Hazırda oxunan: “Necə olur ki, Saakyana Şengen vizası verirlər?”x9d

87287
“Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan gələn şəxslər, o ərazilərdə müəyyən işlər görən bəzi xarici şirkətlər siyahıya salınır, nəzərdə saxlanılır”x9d. 


Moderator.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Azərbaycan hökuməti imkanları daxilində bu gün də həmin fiziki və hüquqi şəxslərə qarşı addımlar atır, gələcəkdə atacaq: 

“Həmin şəxslər əsasən Avropa ölkələrindəndirlər. İstədiyimiz odur ki, heç bir şeydə ikili standart olmasın. Necə ola bilir ki, Dağlıq Qarabağdakı qondarma quruma yardım göstərilir, hansısa variantlarla qondarma “prezidenti”x9dnə müxtəlif ölkələrdə Şengen vizası da verirlər? Necə olur ki, Böyük Britaniyanın Kral İnstitutu Bako Saakyanı dəvət edir, tez-tez müxtəlif marafonlarda iştirak etmək üçün ABŞ-a, Fransaya da gedir, istədiklərini edir?! Bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərməyəcək, biz bunları qəbul etmirik ”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin