Hüquq müdafiəçisi Avropa Parlamentindəki dinləmələri qınadı...

Hazırda oxunan: Hüquq müdafiəçisi Avropa Parlamentindəki dinləmələri qınadı...

80310
Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını gözdən salma və buna mane olmaq üçün ölkəmizə qarşı  qaralama kampaniyasını davam etdirirlər. 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu cür mötəbər təşkilatlar Azərbaycana qarşı ikili mövqeyindən əl çəkmirlər: 

“Haradasa bir qaraltı görən kimi bunu xəstəlik kimi qeyd etməyə  çalışırlar və əsassız ittihamlarla Azərbaycana təzyiqlərini davam etdirirlər. Belə hallar bu gün gözlənilədir. Hələ bu ilin yanvarından  başalayaraq Amerikada, Avropanın bir çox şəhərlərində müxtəlif tədbirlər, dinləmələr keçirib Azərbaycana qarşı əsası olmayan ittihamlar irəli sürdülər. Belə bir növbəti toplantının iyunun 10-da Avropa Parlamentində  keçirilməsi gözlənilir. Bunların  hamısı Azərbaycana basqıdır.  Bu təşkilatların Azərbaycanda ayrı - ayrı adamların həbsinin səbəblərini araşdırmadan, onların əməlində cinayət tərkibinin olub - olmadığını bilmədən, qeyd şərtsiz bu adamların azad olunmasını tələb etməsi ölkəmizin daxili işlərinə qarışması və hüquq-mühafizə orqanlarının işinə isə müdaxilə hesab edirəm.”x9d
Ç. Qənizadə əlavə etdi ki, əgər bu təşkilatlar öz müraciətlərində həqiqətən də adı çəkilən şəxslərin əməlində  cinayət tərkibinin olmasını və  hansısa  xidmətlərə  görə bağışlanmasını xahiş etsəydilər, o zaman məsələ  müzakirə predmeti ola bilərdi: 
“Ancaq təzyiq vasitələrindən istifadə etməklə nəyəsə nail olmaq mümkün deyil. Bununla bağlı ölkə başçısının da konkret mövqeyi var. O deyib ki, heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz və təzyiqlə də heç nəyə nail olunmayacaq. Ona görə də təəssüf hissi ilə qeyd edirəm ki, bu gün bəzi beynəlxalq təşkilatlar hələ də öz ampluasındadır və onlar Azərbaycana qarşı yersiz təzyiqlərini davam etdirirlər. Çünki onlar Azərbaycanın uğurlarını görür və buna sevinmək istəmirlər, əksinə, bu uğurlara  mane olmaq üçün fəaliyət göstərirlər. Bu baxmdan bu beynəlxalq təşkilatlrın Azərbayacana qarşı sərgilıdiyi qərəzli, qeyri - obyektiv və ədalətli olmayan mövqelərini qətiyyətlə pisləyirəm.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin