Azərbaycan XİN Polşaya başsağlığı verib

Hazırda oxunan: Azərbaycan XİN Polşaya başsağlığı verib

646959

Azərbaycan Xarici İşlər Nazirliyi Polşada insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.
 
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edib.
 
"Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı yaralanmalarla nəticələnən silahlı hücum xəbərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq. Bu çətin günlərdə düşüncələrimiz Polşa xalqı ilədir", - deyə paylaşımda qeyd edilib.
 
Qeyd edək ki, Polşanın Krakov şəhərinin baş meydanında baş vermiş atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın insan isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin