Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı üçtərəfli görüşün vaxtı açıqlandı

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı üçtərəfli görüşün vaxtı açıqlandı

646935

Ukrayna münaqişəsinin həlli üzrə Əbu-Dabidə danışıqların başlama vaxtı açıqlanıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlar noyabrın 10-da, yerli vaxtla saat 11:50-də (Moskva vaxtı ilə 10:50) başlayacaq.

Qeyd edək ki, Əbu-Dabidə keçiriləcək danışıqlar Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli formatda təşkil olunur.

Görüşdə əsas məqsəd Rusiya-Ukrayna müharibəsinin dayandırılması, atəşkəs imkanlarının müzakirəsi və münaqişənin siyasi yolla həlli istiqamətində razılığa gəlməkdir.

Danışıqların ABŞ-ın vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur. Görüşdə ölkə prezidentləri deyil, onların nümayəndə heyətləri iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin