Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb

Hazırda oxunan: Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb

646944

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.

Bizim.Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları bu arenada üz-üzə gələcəklər.

Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin