Qazaxda avtomobil yanıb - Video

Hazırda oxunan: Qazaxda avtomobil yanıb - Video

646952

Qazax şəhərində “QAZ-24” markalı minik avtomobilində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. Nəticədə vətəndaşa məxsus avtomobilin mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin