26 milyon avroluq maaşdan imtina etdi

Hazırda oxunan: 26 milyon avroluq maaşdan imtina etdi

647005

Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının baş məşqçisi Simone İnzaqi komandanı tərk etmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb. İtaliyalı mütəxəssis gələn ilin iyulunadək qüvvədə olan müqaviləsini yeniləməyəcək.

Bildirilir ki, “İnter”in sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında il ərzində 26 milyon avro məvacib alır. O, 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir.
 

Komanda hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə liderlik edir. Paytaxt təmsilçisinin 11 turdan sonra 30 xalı var.


Qeyd edək ki, oktyabr ayında yayılan məlumatlara əsasən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubu ilə müqaviləsini uzatdıqdan sonra dünyanın ən çox maaş alan futbol məşqçiləri siyahısında birinci pilləyə yüksəlib. Bununla da o, bu göstəricidə İnzaqini geridə qoyub. (unikal.az)
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin