Astrofiziklərin yeni hesablamalarına görə, Günəş sistemi əvvəllər düşünüldüyündən daha tez sabitliyini itirə bilər. Bunun əsas səbəbi Günəşin təkamülünün son mərhələlərində kütləsini qeyri-bərabər şəkildə itirməsidir.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar Günəşin maddəni impulsiv şəkildə kosmosa atacağını və bunun ulduzun cazibə qüvvəsinin daim dəyişməsinə səbəb olacağını müəyyən ediblər.
Bu proses Yupiter, Saturn, Uran və Neptunun orbitlərinin əhəmiyyətli dərəcədə deformasiyaya uğramasına gətirib çıxara bilər.
Kompüter simulyasiyalarının nəticələrinə əsasən, ssenarilərin 90 faizində Günəş ağ cırtdana çevrildikdən sonra Günəş sistemi üç milyard il ərzində tamamilə dağılır.
Tədqiqatın müəllifləri bildirirlər ki, əldə olunan nəticələr astronomları Kainatdakı planetar sistemlərin ömrü və sabitliyi ilə bağlı mövcud nəzəriyyələri əsaslı şəkildə yenidən nəzərdən keçirməyə vadar edə bilər.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Dünya
11:00 / 10.11.2026
Alimlərdən xəbərdarlıq - Günəş sistemi gözləniləndən daha tez dağıla bilər
Hazırda oxunan: Alimlərdən xəbərdarlıq - Günəş sistemi gözləniləndən daha tez dağıla bilər
Hazırda oxunan: Alimlərdən xəbərdarlıq - Günəş sistemi gözləniləndən daha tez dağıla bilər
646943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































