Qubada avtomobil dərəyə yuvarlanıb - Ölən və yaralananlar var

Hazırda oxunan: Qubada avtomobil dərəyə yuvarlanıb - Ölən və yaralananlar var

646929

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Niva” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin