Əkiz bacıların müəmmalı ölümü - Evdəki sabun şübhələri artırdı

Hazırda oxunan: Əkiz bacıların müəmmalı ölümü - Evdəki sabun şübhələri artırdı

646939

Kolumbiyanın Medellin şəhərində yaşayan 33 yaşlı əkiz bacılar Linda Rosa və Laura Maria Qarsiya Hortuanın müəmmalı ölümü ilə bağlı araşdırma aparılır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, bacıların evdə qəfil halı pisləşib.

Yaxınları onların həyati göstəricilərinin xeyli zəiflədiyini görərək hər ikisini taksi ilə San-Xavyer Təcili Tibbi Yardım Mərkəzinə aparıblar. Lakin bacılardan biri xəstəxanaya çatmamış yolda, digəri isə həkimlərin müdaxiləsinə baxmayaraq, bir neçə dəqiqə sonra həyatını itirib.
 

Hadisə yerinə baxış zamanı polis əməkdaşları bacıların çarpayılarının yaxınlığında dərman şüşələri və qismən istifadə edilmiş əl sabunu aşkar ediblər. İlkin ehtimallara görə, bacılar yuxugətirici və sakitləşdirici dərmanlarla yanaşı, həmin sabundan da istifadə etmiş ola bilərlər.


Bununla belə, onların hansı maddələri qəbul etdikləri və ölümə nəyin səbəb olduğu hələlik məlum deyil. Polis evdə spirtli içki və ya digər narkotik maddələrin aşkar edilmədiyini bildirib. Hazırda ekspertlər sabunun tərkibini və dərmanların xüsusiyyətlərini araşdırırlar.

Bacıların meyitləri ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün Kolumbiya Milli Məhkəmə Tibbi Ekspertiza və Ədli Elmlər İnstitutuna göndərilib. Hadisənin təsadüfi zəhərlənmə, yoxsa başqa səbəbdən baş verdiyi ekspertiza nəticələrindən sonra aydınlaşacaq.

Faktla bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin