ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamasında hərbi baxımdan münaqişənin faktiki olaraq başa çatdığını bildirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırkı vəziyyət qonşu ölkələrin istəyi əsasında qorunub saxlanılır.
Tramp qeyd edib ki, İran ABŞ ilə danışıqlar aparır və bunu çox nəzakətli şəkildə edir. ABŞ prezidenti münaqişənin başlanğıc tarixini 1979-cu ilə aid edib və müharibəni başladan tərəfin Vaşinqton deyil, Tehran olduğunu iddia edib.
Tramp, eləcə də İranda etirazlar zamanı ən azı 75 min insanın öldürüldüyünü bildirib.
O, heç nəyə zəmanət vermədiyini vurğulasa da, zərurət yaranacağı təqdirdə ABŞ-nin yenidən hərbi müdaxiləyə başlamaq üçün tam döyüş hazırlığında olduğunu bildirib.
Bizim.Media







































































































