Zelenski: “Sülh naminə ərazi güzəştlərinə getməyəcəyik”

Hazırda oxunan: Zelenski: “Sülh naminə ərazi güzəştlərinə getməyəcəyik”

646994

Ukrayna Prezidenti Volodimir Zelenski sülh naminə ərazi güzəştlərinə getməyəcəyini və NATO üzvlüyündən başqa heç bir təhlükəsizlik zəmanətini qəbul etməyəcəyini bir daha bəyan edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bunu “DR Nyheder” nəşrinə müsahibəsində bildirib. O, müsahibədən bir hissəni özünün Telegram kanalında da paylaşıb.
 

Ukrayna lideri ölkə ərazilərinin sülh naminə verilməsini qeyri-müəyyən ifadə kimi qiymətləndirib. Onun sözlərinə görə, Kiyev Donbasdan geri çəkilsə belə, Rusiya Prezidenti Vladimir Putinin dayanacağına heç kim inanmır. Zelenski hesab edir ki, Moskva sadəcə hərbi əməliyyatlarda fasilə verəcək.


Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp sülh sazişi imzalandıqdan sonra Ukraynanın “bir qədər fərqli formada” olacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin