Rusiya nümayəndə heyəti Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların gedişindən asılı olaraq Prezident Vladimir Putinə məlumatın hansı formada və nə qədər tez-tez çatdırılacağına qərar verəcək.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Jurnalistlər ondan Əbu-Dabidəki danışıqlar iştirakçılarının Putinlə müzakirələrin gedişi barədə operativ şəkildə, yoxsa bütün məsələlər yekunlaşdıqdan sonra ümumi hesabat formasında məlumat paylaşacaqlarını soruşublar.
Peskov cavabında bildirib ki, bu məsələdə qərar danışıqların gedişatına uyğun veriləcək.
Qeyd edək ki, daha əvvəl RT-yə danışan mənbə Əbu-Dabidəki görüşlərdə hələlik Rusiya ilə NATO arasındakı münasibətlərin müzakirə olunduğunu bildirib.
Xatırladaq ki, noyabrın 10-da Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanması prinsiplərinin müzakirəsi məqsədilə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin üçtərəfli danışıqları başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
13:55 / 10.11.2026
Putinə danışıqların gedişi barədə nə vaxt məlumat veriləcək?
Hazırda oxunan: Putinə danışıqların gedişi barədə nə vaxt məlumat veriləcək?
Hazırda oxunan: Putinə danışıqların gedişi barədə nə vaxt məlumat veriləcək?
646967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































