Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brikit Makron amerikalı podkast aparıcısı Kendis Ouensə qarşı böhtanla bağlı yeni məhkəmə iddiası qaldırıblar.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, şikayət aparıcının Brikit Makronun görünüşünü məsxərəyə qoymaq üçün kukladan istifadə etməsi ilə bağlıdır.
İddia sənədindən yayılan çıxarışlara əsasən, prezident cütlüyü həmin kuklanın Fransanın birinci xanımını alçaltmaq məqsədilə istifadə olunduğunu bildirir.
Yelisey sarayının nümayəndəsi yeni məhkəmə iddiasının qaldırıldığını təsdiqləyib.
Qeyd edək ki, Makron cütlüyü 2025-ci ilin iyulunda da Ouensə və onunla əlaqəli iki şirkətə qarşı ABŞ-nin Delaver ştatında məhkəməyə müraciət etmişdi. Həmin iddia aparıcının Bricit Makron barədə yaydığı yalan məlumatlarla bağlı olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 10.11.2026
Makron həyat yoldaşını təhqir edən aparıcını yenidən məhkəməyə verdi
Hazırda oxunan: Makron həyat yoldaşını təhqir edən aparıcını yenidən məhkəməyə verdi
Hazırda oxunan: Makron həyat yoldaşını təhqir edən aparıcını yenidən məhkəməyə verdi
647000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































