Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlərdə 91 xarici vətəndaşı ölkədən çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə müvafiq ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, Pakistan, İordaniya, Ermənistan, Tayland, Tacikistan, Misir, Hindistan, Konqo, Nigeriya, Sudan, Uqanda, Filippin, Çin, İraq və digər ölkələrin ümumilikdə 91 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3700-dən çox insan ölkədən deportasiya edilib. (Modern.az)
Bizim.Media







































































































