İran “Hörmüz” raketini hazırladı

Hazırda oxunan: İran “Hörmüz” raketini hazırladı

646982

İran radiolokasiya şüalanma mənbələrinə tuşlanan “Hörmüz” raketini hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Balali məlumat verib.

O bildirib ki, raket radiolokasiya sistemlərinə qarşı mübarizə üçün hazırlanıb və radiolokasiya şüalanma mənbələrinə tuşlanma qabiliyyətinə malikdir.

Ə. Balalinin sözlərinə görə, bu, İranın raket sənayesinin mövcud texnologiyaların təkrar istehsalı mərhələsini keçdiyini və döyüş meydanının tələblərini nəzərə alaraq yeni silahlar yarada biləcəyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin