Şamaxıda 18 yaşlı gəncin vəhşicəsinə döyülməsi ilə bağlı araşdırma aparılır - Video

Hazırda oxunan: Şamaxıda 18 yaşlı gəncin vəhşicəsinə döyülməsi ilə bağlı araşdırma aparılır - Video

646938

Şamaxı şəhərində vətəndaşın döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan müraciət polis tərəfindən araşdırılır.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı müvafiq qaydada qeydiyyat aparılıb, hadisənin bütün təfərrüatının, o cümlədən tərəflər arasında baş vermiş münaqişənin səbəblərinin və iştirakçıların hərəkətlərinin müəyyən edilməsi məqsədilə zəruri prosessual tədbirlər həyata keçirilir.

"Vətəndaşın bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırma zamanı hadisədə iştirak edən şəxslərin sərxoş vəziyyətdə avtomobil idarə etməsi və səsləndirilən digər iddialara da aydınlıq gətiriləcək", - deyə məlumatda bildirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin