Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib

Hazırda oxunan: Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib

646953

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, Polşanın Krakov şəhərinin baş meydanında baş vermiş atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın insan isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin