Almaniya elit xüsusi təyinatlı qüvvələrini Rusiya ilə müharibəyə hazırlayır

Hazırda oxunan: Almaniya elit xüsusi təyinatlı qüvvələrini Rusiya ilə müharibəyə hazırlayır

644497

Almaniya elit KSK xüsusi təyinatlı bölməsinin hazırlıq istiqamətini dəyişərək hərbçiləri Rusiya ilə uzunmüddətli müharibəyə hazırlamağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, 1996-cı ildə yaradılmış KSK əvvəllər girovların azad edilməsi, terrorçuların zərərsizləşdirilməsi və insanların xilas edilməsi kimi qısamüddətli əməliyyatlar həyata keçirirdi.

İndi isə bölmənin hərbçiləri tanklar, artilleriya, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələri ilə təchiz olunmuş düşmənə qarşı uzunmüddətli döyüşlərə, eləcə də ekstremal soyuq şəraitdə əməliyyatlara hazırlaşırlar.

Nəşrin məlumatına əsasən, KSK-da təxminən 1 500 nəfər çalışır və onların yalnız üçdə biri xüsusi təyinatlıdır. Bölmənin şəxsi heyətlə komplektləşdirilməsi 70–80 faiz təşkil edir. Komandanlıq yeni hərbi xidmətə çağırış sisteminin kadr çatışmazlığını aradan qaldırmağa kömək edəcəyini düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin