Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də məlumat yayıb.
Məlumata görə, Türkiyə ordusunun 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən təlimə hazırlıqları yekunlaşıb.
Təlim çərçivəsində bölmələr 15 sentyabrda Qars Qarnizonundan Azərbaycanın "Qızılqaya" və "Qarabağlar" təlim sahələrinə yerləşdirilməyə başlayıb.
Birliğin Gücü-2026 Tatbikatı
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 17, 2026
14’üncü Mekanize Piyade Tugay Komutanlığımızca, Birliğin Gücü-2026 Tatbikatı hazırlıkları tamamlandı.
Tatbikat kapsamında birliklerimiz, 15 Eylül 2026 tarihinde Kars Garnizonundan Azerbaycan’daki Kızılkaya Tatbikat Alanı’na ve Karabağlar… pic.twitter.com/FHaoegBzy0
Bizim.Media




































































































