Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək

Hazırda oxunan: Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək

637252

Avstraliyanın Kvinslend ştatında yerləşən Fitsroy çayı 2032-ci ildə Brisbendə keçiriləcək Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının məkanı kimi təsdiqlənib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, çayda timsahların yaşaması və güclü axının olması ilə bağlı narahatlıqlar mövcud olsa da, Fitsroy texniki ekspertizadan keçirilib.
 

Kvinslendin Baş naziri Devid Krisafulli bildirib ki, çayın Olimpiya yarışlarının keçirilməsi üçün uyğunluğu təsdiqlənib və Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yarış məkanı kimi təsdiq olunub.


Beləliklə, Fitsroy çayında akademik avarçəkmə, paraavarmə, kayak və kanoe üzrə sprint, həmçinin parakanoe yarışları keçiriləcək.

Qeyd edək ki, 2032-ci il Yay Olimpiya Oyunları Brisbendə iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin