Çin geoloqları ölkənin ən böyük səhrası olan Takla-Makanın altında iki iri su mənbəyi aşkar ediblər.
Bizim.Media "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, bu kəşf şimal-qərb bölgəsi üçün vacib yeni su təchizatı mənbəyinə çevrilə bilər.
Su ehtiyatlarının axtarışı Sintszyan-Uyğur Muxtar Rayonunun geoloji bürosu tərəfindən həyata keçirilib. Yeni mənbələrdən biri səhranın cənub kənarında – Minfən qəzasının Andir qəsəbəsində, digəri isə Mazartaq dağlarından cənubda, səhranın dərinliklərində tapılıb.
Tədqiqatçılar layihə çərçivəsində duzlu sudan (şor sudan) istifadə üçün sınaq stansiyası da inşa ediblər.
Həmin suyun səhra kənarındakı meşəsalma tədbirləri, kənd təsərrüfatı bitkilərinin suvarılması və səhralaşmaya qarşı mübarizə üçün istifadə edilməsi planlaşdırılır. Alimlər qeyd edirlər ki, duzlu su ehtiyatları kənd təsərrüfatı ehtiyaclarını və süni intellekt məlumat mərkəzlərinin soyudulmasını təmin etmək üçün mühüm resurs ola bilər.
Almaniya ərazisinə bərabər olan və "ölüm dənizi" adlandırılan Takla-Makan səhrasının altında hələ 2015-ci ildə Şimali Amerikanın Böyük göllərinin ümumi həcmindən çox su ola biləcəyi ehtimal edilmişdi.
Xatırladaq ki, bölgədə qum fırtınalarının qarşısını almaq məqsədilə 2024-cü ildə səhranın ətrafında 3050 kilometrlik yaşıl zolaq yaradılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:47 / 17.09.2026
Səhranın altında nəhəng su ehtiyatları TAPILDI
Hazırda oxunan: Səhranın altında nəhəng su ehtiyatları TAPILDI
Hazırda oxunan: Səhranın altında nəhəng su ehtiyatları TAPILDI
637244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































