Afət Fərmanqızı bloqeri məhkəməyə verdi

Hazırda oxunan: Afət Fərmanqızı bloqeri məhkəməyə verdi

637274

Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib.
 

Müğənni bloqerin sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.


Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb. O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.

Qeyd edək ki, bundan əvvəl Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət tərəflərin barışması ilə əlaqədar məhkəmə tərəfindən xitamla nəticələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin