Ağdamda toyda dava: Xəsarət alan var

Hazırda oxunan: Ağdamda toyda dava: Xəsarət alan var

637262

Ağdam rayonunda toyda dava düşüb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib.

Rayonun Əfətli kənd sakini Tamerlan Əliyev (soyadı şərtidir) Evoğlu kəndinə bacısı qızının toy məclisinə gedib. Axşam saatlarında toyda sərxoş vəziyyətdə olan kənd sakini Məhəmməd Şirinov tamadaya yaxınlaşaraq başqa qonaqların sifarişini saxlatdırıb, yeni mahnı sifariş verib.
 

Toyda olanlar Məhəmmədi sakitləşdirməyə çalışsalar da, o, sifarişinin yerinə yetirilməsini istəyib və nəticədə toyda dava düşüb. Dava zamanı gəlinin dayısı Tamerlan Əliyev onu döyərək xəsarətlər yetirib.


Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Əliyev saxlanılıb. Cinayət işi Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə T.Əliyevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron qolbaq taxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin