Baləlinin həmkarına niyə butulka atdığı bəlli oldu – Mübahisənin təfərrüatı – VİDEO

Hazırda oxunan: Baləlinin həmkarına niyə butulka atdığı bəlli oldu – Mübahisənin təfərrüatı – VİDEO

637204

Ötən gün sosial şəbəkələrdə yayılmış görüntülərdə tanınmış meyxanaçı Baləlinin öz həmkarları ilə arasındakı insident gündəm oldu. Belə ki Bakıda məclislərin birində meyxanaçı Balaəli həmkarı Xosrova butulka atmışdı.

Bizim.Media-nın meyxanaçıların yaxın çevrəsindən əldə etdiyi məlumata görə, hadisəyə səbəb Xosrovun Baləlini təhqir etməsi olub.

Bu məclisdən öncəki gün də meyxanaçılar Cahankeşlə Xosrov mübahisə edib, Baləli onları sakitləşdirmək üçün əllərindən mikrafonu alb. Səhərisi gün meyxanaçılar Xosrov, Baba, İlqar Nehrəmli yenə söz güləşdirəndə Baləli “Yaxşı da, alə” deyərək onlara acıqlanıb.

Onun bu “ağsaqqallığ”ı Xosrovun xoşuna gəlmıyib və “Alə sənin sifətinin rəngidir” deyib. Baləli də bundan qəzəblənərək ona butulka atıb.  

Ətrafdakı şəxslər müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıblar.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin