Bu ölkələrin prezidentləri gələn ay Azərbaycana gələcək

Hazırda oxunan: Bu ölkələrin prezidentləri gələn ay Azərbaycana gələcək

637235

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn ay Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Prezidentinin Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşündə deyib.

Dövlət başçısı Şavkat Mirziyoyevə salamlarını və xoş arzularını çatdırmasını xahiş edib.

“Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik”, - deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də gələn ay Azərbaycana səfər edəcəyini açıqlayıb.

“Bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik”, - deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin