Dietoloq Anhela Ortis payız aylarında qrip və soyuqdəymədən qorunmağa kömək edəcək iki sadə məsləhət verib.
Bizim.Media xəbər verir ki, mütəxəssisin tövsiyələrini “Infosalus” nəşri dərc edib.
Ortis sentyabr ayını immunitet sistemini möhkəmləndirmək üçün ən əlverişli vaxt adlandırıb.
O əmindir ki, faydalı maddələrlə zəngin, balanslaşdırılmış qidalanma vasitəsilə müxtəlif infeksiyalardan qorunmaq mümkündür.
Həkim bunun üçün mümkün qədər çox tərəvəz, meyvə, paxlalılar, tam taxıllı məhsullar, qoz-fındıq, eləcə də yumurta, balıq və yağsız ət kimi keyfiyyətli zülal mənbələrini rasiona daxil etməyə çağırıb.
Bununla yanaşı, mütəxəssis xatırladıb ki, immunitet sisteminin sağlamlığı birbaşa bağırsaqların vəziyyətindən asılıdır.
O bu orqanın fəaliyyətini yaxşılaşdırmaq üçün orqanizm tərəfindən yaxşı mənimsənilməsi şərtilə rasiona qatıq və kefir kimi fermentləşdirilmiş məhsulların əlavə olunmasını tövsiyə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:22 / 17.09.2026
Qrip və soyuqdəymədən qorunmaq üçün- İki sadə məsləhət
Hazırda oxunan: Qrip və soyuqdəymədən qorunmaq üçün- İki sadə məsləhət
Hazırda oxunan: Qrip və soyuqdəymədən qorunmaq üçün- İki sadə məsləhət
637198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































