Putin müharibəni davam etdirmək üçün bu yola əl atır – DETALLAR

Hazırda oxunan: Putin müharibəni davam etdirmək üçün bu yola əl atır – DETALLAR

637243

Ukrayna ilə müharibə fonunda qərbin sanksiyaları ilə üzləşən Rusiya neft-qaz gəlirlərini artırmaq və müharibəni maliyyələşdirmək üçün Şimal dəniz yolu marşrutuna və Arktika layihələrinə ümid bağlayır.

Bizim.Media "Oilprice" nəşrinə istinadən xəbər verir ki, Vankor və Payax yataqlarını "Şimal buxtası" ilə birləşdirən "Vostok Neft" layihəsinin açılışı və Çinlə bağlanmış irimiqyaslı müqavilələr Moskvanın enerji ixracını şimal istiqamətində genişləndirməsinə şərait yaradır.

Lakin Qərbin tanksiyaları Rusiya şirkətlərini xüsusi texnologiyalardan məhrum etdiyindən, onlar buzqıran gəmilər əvəzinə adi tankerlərdən istifadə etməyə məcbur qalırlar.

Buna baxmayaraq, Rusiya enerji təhlükəsizliyini Pekinlə əlaqələndirməklə yanaşı, Hindistanla da Arktika limanları və Şimal dəniz yolu üzrə hərbi əməkdaşlığı genişləndirir.

Analitiklər hesab edirlər ki, Arktika istiqamətindəki bu geostrateji addımlar Kremlə uzunmüddətli müharibəni davam etdirmək üçün zəruri maliyyə və alternativ ittifaqlar qazandıra bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin