Ermənistana alternativ neft məhsullarının, xüsusilə də Azərbaycan benzininin tədarükü olmasaydı, ölkədə yanacaq qiymətləri faizlərlə deyil, dəfələrlə artardı.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, dünyada qiymətlərin kəskin bahalaşmasına baxmayaraq, Ermənistanda artım ən aşağı səviyyələrdən biri olub:
"Biz kəskin qiymət sıçrayışının qarşısını almaq üçün benzini Azərbaycandan idxal etdik. Əgər alternativ olmasaydı, Ermənistanda qiyməti ehtimal ki, bir neçə yüz dram bahalaşardı".
Nazir əlavə edib ki, vəziyyəti ümumi dünya kontekstindən ayırmaq olmaz və çıxış yolu mümkün qədər çox tədarük mənbəsinə malik olmaqdır. Bu yanaşma həmçinin sıxlaşdırılmış qaza və ümumilikdə enerji daşıyıcılarının qiymətlərinə də şamil edilir.
Bizim.Media

- A-
- A
- A+
Region
15:05 / 17.09.2026
Erməni nazir: "Benzin Azərbaycandan tədarük olmasaydı, dəfələrlə baha olardı"
Hazırda oxunan: Erməni nazir: "Benzin Azərbaycandan tədarük olmasaydı, dəfələrlə baha olardı"
Hazırda oxunan: Erməni nazir: "Benzin Azərbaycandan tədarük olmasaydı, dəfələrlə baha olardı"
637207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































