“ASAN xidmət” və DOST mərkəzlərində iş qrafiki dəyişdirilib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “ASAN xidmət” və DOST mərkəzlərində iş qrafiki dəyişdirilib? – RƏSMİ AÇIQLAMA

637233

Bəzi dövlət qurumlarına aid edilən dəyişən iş qrafiki DOST Agentliyinin aparatı və DOST mərkəzlərində  də tətbiq olunur.

Bu barədə DOST-un mətbuat katibi Şahin Əliyev  Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verib.

“Belə ki, əməkdaşların iş vaxtı 3 müxtəlif rejimdə, yəni:

- saat 08:00-17:00-dək,

- saat 09:00-18:00-dək

- saat 09:30-18:30-dək tətbiq olunur.

Hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə bu qrafik təşkil edilib”, - deyə açıqlamada bildirilib.

“ASAN xidmət” mərkəzlərində isə iş qrafikləri dəyişməyib.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev sorğumuza cavab olaraq bildirib:

“Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzlərində iş qrafikləri dəyişməyib. Agentliyin digər strukturlarında isə iş qrafiki müvafiq olaraq dəyişdirilib.

Bakıda yerləşən bütün “ASAN xidmət” mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, şənbə və bazar günləri isə saat 09:30-17:00-dək fəaliyyət göstərir”.

Xatırladaq ki, sentyabrın 15-dən Bakı şəhəri və ətraf ərazilərdə yerləşən bir sıra dövlət qurumlarında iki aylıq dəyişkən iş qrafikinin tətbiqinə başlanılıb. Bu müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin