Ekspres avtobuslara minənlərin sayı AÇIQLANDI - VİDEO

Hazırda oxunan: Ekspres avtobuslara minənlərin sayı AÇIQLANDI - VİDEO

637255

Ekspres avtobuslarla 16 sentyabr tarixində 127 000-dən çox sərnişin daşınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sərnişinlərə müraciətində qeyd edilib.

Bildirilib ki, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Böyük sərnişin axınına baxmayaraq, avtobuslar fasiləsiz xidmət göstərir. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur.
 

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 000-dən çox sərnişin daşınıb. Təkcə "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib.


"Sərnişinlərdən avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir. Eyni zamanda avtobuslara minərkən növbəyə riayət etdiklə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır", - məlumatda vurğulanıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin